Psixi xəstələrin qeydiyyatı aparılmır- AÇIQLAMA

“Psixiatriyada istifadə olunan bəzi dərmanlar yan təsirlər göstərərək kardioloji fəsadlar yaradır”.

“Report” xəbər verir ki, bunu Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov “Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktikası” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, digər tərəfdən bəzi kardioloji preparatlar psixi pozuntuların yaranmasına təkan verir:

”Məsələn, aritmiyaya qarşı preparatlar 100 faiz depressiya yarada bilir. Əgər infarkt olan xəstədə psixi pozuntular varsa, o dərmanları zamanında içməyəcək, müalicə rejiminə əməl etməyəcək ki, bunun da nəticəsi pis olacaq. Yaş artıqca həm psixi, həm də kardioloji problemlər daha da artır. Bütün dünyada olduğu kimi Azərbaycanda da ən çox müşahidə edilən psixi xəstəliklərin siyahısında ilk yerdə depressiya, təşviş pozuntuları, stress və ya adaptasiya pozuntuları dayanır. Psixi xəstəlikdən əziyyət çəkənlərin qeydiyyatını aparmaq mümkün deyil. Biz psixi xəstələri qeydiyyata salmırıq, çünki bu, Konsitutsiyamıza ziddir. Mərkəzi müraciət edən xəstələrin statistikası toplanır. Amma onların qeydiyyatını aparmaq düzgün deyil. Psixi xəstələrin stiqmaları olur. Onlar psixi xəstəliklərin müalicəsi üçün müraciət edəcəyi tədqirdə bunun onların sonrakı fəaliyyətinə təsir edəcəyini düşünürlər. Amma buna baxmayaraq əvvəlki illərlə müqayisədə belə xəstəliklərin müalicəsi üçün müraciət edənlərin sayı artıb ki, bu da müsbət haldır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Deputatlığa namizədlərin sayı 1622 nəfərə çatıb

Sonrakı məqalə

Hollandiya aviaşirkəti İran üzərindən uçuşları dayandırıb