“PUA-ların hücumlarını dəf etməyi öyrənmişik” –Putin orduda olan PUA-ların sayını açıqladı

Rusiya son illərin münaqişələrində özünü təsirli və təhlükəli silah kimi göstərən pilotsuz uçuş aparatlarının (PUA) hücumlarını effektiv şəkildə dəf etməyi öyrənib.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin müdafiə sənayesi üzrə keçirdiyi müşavirədə bildirib.

“Bu gün biz pilotsuz təyyarələrin inkişafı haqqında danışacağıq. Onun son illərdə silahlı münaqişələrdə özünü necə sübut etdiyini, nə qədər effektli olduğunu, bizim üçün nə qədər təhlükəli ola biləcəyini yaxşı bilirik. Suriyada müşahidə etdiklərimizi nəzərdə tuturam, terrorçuların pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar təşkil etdiyini… Biz bu hücumları dəf etməyi öyrənmişik və bunu kifayət qədər effektli edirik”, – Rusiya Prezidenti vurğulayıb.

“Rusiya ordusu 2000-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə silahlanıb”- deyə Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə sənayesi üzrə keçirdiyi müşavirədə bildirib.

“İndi bizim 2 mindən çox pilotsuz uçan aparatımız silahlı qüvvələrdə xidmətdədir. Biz onların üzərində işləməyə davam etməli və digər məsələlərlə yanaşı, süni intellekti, ən müasir texniki və elmi nailiyyətləri tətbiq edərək son vaxtlar olduğu kimi çox çalışmalıyıq. Təbii ki, bu pilotsuz uçuş aparatlarından istifadə edərkən özümüzün əldə etdiyimiz təcrübəni nəzərdə tuturam”, – deyə Putin qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan daha 11 erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana verib

Sonrakı məqalə

Amnistiya Aktı parlamentdə müzakirə edilir