“Putinə dedim ki, Çin Rusiyaya hörmətlə yanaşmır” –BAYDEN

“Çin Rusiyaya hörmətlə yanaşmır”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ prezidenti Bayden Merilenddə YouTube-da yayımlanan çıxışı zamanı bildirib.

Prezident Bayden deyib ki, bu sözləri 2021-ci ilin iyununda Cenevrədə Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüşü zamanı həmkarına deyib.

Bayden seçildikdən qısa müddət sonra 25 ildir tanıdığı həmkarı ilə görüşdüyünü vurğulayıb. Onlar  strateji doktrina və kosmosda nüvə silahlarının yerləşdirilməsinin qarşısının alınması ilə bağlı məsələləri müzakirə ediblər. Putin bu barədə danışmağa həvəssiz olduğunu bildirib. Çünki  Vaşinqtonun ondan Çini bu məsələyə cəlb edəcəyini gözlədiyini hiss edir.

“Mən dedim: “Sizin Çini cəlb edəcəyinizi gözləmirəm. Sizin 6 min mil uzunluğunda ümumi sərhədiniz var, tundranız Arktikada əriyir, metan çıxır. Çoxlu probleminiz var və Çin  sizə hörmət etmir”, – ABŞ prezidenti bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Ana”, “Bakı”, “Şuşa laylası”…

Sonrakı məqalə

Xaçmazda körpü uçub –