“Putinə zəng etməyin!” –Estoniya baş naziri Qərb liderlərinə çağırış etdi

“Qərb dövlətləri Vladimir Putinin təcrid vəziyyətinə düşdüyünü başa düşməsini istəyirlərsə, onunla təmas qurmamlıdırlar”.

Azpost.info xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaya Kallas deyib.

“Məncə, hamı mütəmadi olaraq zəng edəndə Putin təcrid olunduğunu başa düşmür. Təcrid olunduğunu çatdırmaq istəyiriksə, ona zəng etməyin. Danışıqlardan sonra irəliləyiş olmursa, Rusiya ilə diplomatik kanalları açıq saxlamağın, Putinlə danışmağın mənası yoxdur”, – baş nazir bildirib.

Kallas əlavə edib ki, şəxsən özü Putinlə təmasların nəticəsiz olduğunu düşünür: “Mən heç bir nəticə görmürəm. Çünki bütün bu danışıqlardan sonra Buça baş verdi, İrpen baş verdi. Gərginliyin azalma əlamətini görmürük”.

Azpost.info

Əvvəlki məqalə

YAP-ın sabiq təşkilat sədri həbsdə olan Əli Əliyevi məhkəməyə verib

Sonrakı məqalə

Türkiyə parlamentinin sədri Azərbaycana gəlib