“Ukrayna xalqı Putini bağışlamayacaq”.
Azpost.info bildirir ki, bu sözləri Prezident Zelenski “Spigel”ə müsahibəsində bildirib. O deyib ki, Putin özünü ikinci dünya müharibəsində Hitler kimi aparır.
“Dünyanın bir çox ölkələri Putini öz hesabından siliblər. Bu mənə Hitlerin sonunu xatırladır: O da müharibəni uduzsa da Londonu bombalamağı davam edirdi. O axmaq deyildi, amma bunu edirdi. Siz bilməlisiniz: Bizim aramızda həm siyasi həm də tarixi böyük bir uçurum var. Bu dünyagörüşüdür”-deyə Prezident vurğulayıb.
Zelenskinin sözlərinə görə, Rusiya liderini dayandırmaq mümkün deyil: “Putin əjdahadır. O iştahasını təmin etmək üçün “yeməlidir”. Siz ona bu ölkəni, o birini verirsiniz…Müasir dünyada sərhədlər, okeanlar rusları dayandırmayacaq”.