“Putin, Əliyev və Paşinyan Sankt-Peterburqda görüşə bilər”- PESKOV

“Putin, Əliyev və Paşinyan arasında üçtərəfli görüşlə bağlı hələlik konkret razılaşma yoxdur”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Bununla belə, o, Rusiya prezidenti Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqların keçiriləcəyini istisna etməyib. Peskovun sözlərinə görə, görüş MDB sammiti çərçivəsində baş tuta bilər:

“Hələlik bu məsələ ilə bağlı konkret razılaşma yoxdur. Eyni zamanda, MDB dövlət başçılarının qeyri-rəsmi görüşü planlaşdırılır. Onlar burada ən azı kənarda danışmaq imkanı əldə edəcəklər”, – Peskov bildirib.

Qeyd edək ki, Yeni il qabağı Sankt-Peterburqda MDB-nin ənənəvi qeyri-rəsmi sammiti keçiriləcək. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Putinin ilin sonuna qədər başqa təmaslarının olacağını vurğulasa da, bu görüşü “əsas hadisə” adlandırıb.

Azpost.info

Əvvəlki məqalə

İranda 23 yaşlı gəncin edam hökmü ləğv edilib

Sonrakı məqalə

“Azəriqaz” Xankəndinə qaz təchizatını həyata keçirmir –