Putin 4 milyardlıq ödənişlə bağlı Türkiyəyə möhlət verdi- “Reuters”

Türkiyə Rusiya qazının 4 milyard dollarlıq ödənişini 2024-cü ilə qədər təxirə salmaq hüququ qazanıb.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” Ankaradakı mənbələrə istinadən yazıb.

Türkiyənin energetika naziri Fatih Dönməzin ötən həftə açıqladığı müvafiq saziş “Qazprom” və “Botaş” dövlət enerji şirkəti arasında bağlanıb.

Mənbələrdən biri deyib ki, enerji qiymətlərinin artması buna böyük təsir göstərib. O əlavə edib ki, Türkiyə enerji qiymətlərinin dinamikasından asılı olaraq yaxın aylarda daha çox ödənişi gecikdirə bilər.

Ötən ilin avqustunda Soçidə keçirilən görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putindən qaz güzəştini şəxsən istəmişdi.

Azpost.info

Əvvəlki məqalə

Pakistan Rusiya nefti üçün yuanla ödəniş etmək istəyir

Sonrakı məqalə

“Şıxov”da polis maşını piyadanı vurub