Putin 70 yaşlı köməkçisinin xidmət müddətini uzatdı

Rusiya prezidenti Vladimir Putin köməkçisi İqor Levitinin xidmət müddətinin 2024-cü il fevralın 21-dək uzadılması haqqında Sərəncam imzalayıb.

Azpost.info xəbər verir ki, fevralın 21-də 71 yaşı tamam olacaq Levitin əvvəllər Rusiyanın nəqliyyat və kommunikasiyalar naziri olub. 2012-ci ildən dövlət başçısının administrasiyasında çalışır.

O, əvvəlcə prezidentin müşaviri, 2013-cü ildə isə onun köməkçisi olub.

Azpost.info

Əvvəlki məqalə

“Zəlzələ 500 kilometrlik ərazidə dağıntılara səbəb oldu”

Sonrakı məqalə

Azərbaycanlı xilasedicilər dağıntılar altından daha 2 uşağı xilas edib – VİDEO