Putin 9 May paradında “Qiyamət Günü” ilə bağlı xəbərdarlıq edəcək –Röyter

Rusiya prezidenti Vladimir Putin 9 May Qələbə Paradında Qərbə “qiyamət günü” ilə bağlı xəbərdarlıq edəcək.

Azpost.info bildirir ki, bu barədə Reuters məlumat yayıb. Putin “Qırmızı Meydanda qoşunların, tankların, raketlərin və qitələrarası ballistik raketlərin paradından əvvəl çıxış edəcək.

Paradda səsdən iti döyüş təyyarələri, “Tu-160” strateji bombardmançı təyyarələri nümayiş olunacaq. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, paradda 2010-cu ildən bəri ilk dəfə olaraq İl-80 təyyarəsi iştirak edəcək. İl-80 təyyarəsi nüvə müharibəsi baş verəcəyi təqdirdə Rusiyanın ali rəhbərliyini daşıya biləcək “qiyamət günü” təyyarəsidir.
Bu müharibə ssenarisində İl-80 Rusiya prezidentinin mobil komanda mərkəzinə çevrilməlidir. Onun son model texnologiya ilə təmin edildiyi iddia edilir. Lakin konkret detallar açıqlanmır və dövlət sirri sayılır.

Mayın 9-u ərəfəsində Moskvada və Qərb paytaxtlarında Putinin Ukrayna ilə bağlı hansısa xüsusi bəyanat, açıq müharibə elanı verəcəyi barədə şayiələr yayılıb.

Əvvəlki məqalə

Corc Buş Zelenski ilə danışdı, onu “dövrümüzün Çörçilli” adlandırdı

Sonrakı məqalə

Bakıda məktəbli qız özünü 13-cü mərtəbədən atıb –