“Rusiya qoşunlarını Kiyevdən Ukraynanın xahişi ilə çıxarıb”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Afrika dövlətlərinin nümayəndə heyətlərinin rəhbərləri ilə görüş zamanı bildirib.
Putin bunun sülh müqaviləsinin bağlanmasına şərait yaratmaq üçün edildiyini, lakin Ukrayna tərəfinin əvvəlki razılaşmalardan imtina etdiyini deyib:
“Qoşunlarımız Kiyevdən çıxarıldıqdan sonra yekun razılaşmanın bağlanmasına şərait yaratmaq üçün bizdən bunu istədilər. Sonradan Kiyev hakimiyyəti əvvəlki bütün razılaşmalardan imtina etdi”.
Azpost.info