Putin Afrikanın ardınca Kubaya da jest etdi- Kredit borcu üçün möhlət müddətini uzatdı

Afrikanın 23 milyard dollarlıq borcunun silinməsindən sonra Rusiya Kubaya 2015-ci ildə ayırdığı kredit üçün böyük möhlət verdi.

Azpost.info xəbər verir ki, Havana iki elektrik stansiyasının tikintisi üçün nəzərdə tutulan 1,2 milyard avroluq kredit üzrə ən azı 5 il müddətinə nə faiz, nə də əsas borc ödəməmək hüququ aldı.

İlkin razılaşmaya əsasən, Kuba krediti bu il ödəməyə başlamalı və 2028-ci ilə qədər onu tam bitirməli idi. İndi isə ilk ödəniş 2028-ci ilə, son ödəmə tarixi isə 2040-cı ilə keçirilib.

Kubanın ən böyük borcunun bağışlanması 2014-cü ildə Rusiya prezidenti Vladimir Putin tərəfindən həyata keçirilib. O zaman 32 milyard dollar borc silinmişdi. Bu məbləğ indiki məzənnə ilə Rusiyanın bütün ali təhsil sisteminin üç illik büdcəsinə bərabərdir və Nijni Novqorod, Novosibirsk vilayətləri kimi varlı bölgələrin 10 illik büdcəsidir.

Azpost.info

 

Əvvəlki məqalə

“Vaqner”ə Rusiya büdcəsindən maliyyə ayrılmayıb”

Sonrakı məqalə

Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanı proqramına dəyişiklik edilib