Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak etmək üçün Bişkekdədir.
Azpost.info xəbər verir ki, sammit çərçivəsində onun Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüşü planlaşdırılır.
Dar və geniş tərkibdə keçiriləcək sammitdə Avrasiya İqtisadi İttifaqının cari məsələlərinin nəzərdən keçirilməsi, inteqrasiya proseslərinin daha da dərinləşdirilməsi, əmtəə və xidmətlərin vahid bazarının fəaliyyətinin təkmilləşdirilməsi üçün təlimatların müəyyən edilməsi planlaşdırılır.
Aİİ-nin beynəlxalq fəaliyyətinin əsas istiqamətlərini təsdiq etmək üçün energetika və ticarət sahəsində də bir sıra mühüm qərarlar da qəbul edilcəcək.
Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Avrasiya İqtisadi İttifaqı liderlərinin növbəti sammiti gələn ilin mayında Moskvada keçiriləcək.
2023-cü ildə Aİİ-yə sədrlik Rusiyaya keçəcək. Rusiya nümayəndə heyəti sammitdə bu təşkilata qarşıdakı sədrliyinin əsas prioritetlərini açıqlayacaq.
Azpost.info