Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin BRİKS sammitində iştirak formatının hələ müəyyən edilmədiyini bildirib.
Azpost.info xəbər verir ki, onun sözlərinə görə, hazırda bu məsələ müzakirə olunur, qərar daha sonra elan olunacaq.
“Format hələ tam müəyyən edilməyib. Müzakirələr davam edir. Yekun qərar verildikdən sonra bu barədə məlumat verəcəyik”, – Peskov deyib.
BRIKS sammiti (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) avqustun 22-dən 24-dək Yohannesburqda keçiriləcək.
CAR prezidenti Siril Ramafosa BRİKS sammitində bütün üzv ölkələrin rəhbərlərinin iştirak edəcəyini bildirmişdi.
Azpost.info