“Putin bu təcavüzə görə cavab verməsə, tarix yenidən təkrarlanacaq”- Estoniya Baş naziri

“Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı təcavüz cinayətinə görə cavab verməlidir. Əks halda, tarix yenidən və yenidən təkrarlanacaq”.

Azpost.info xəbər verir ki, bunu Estoniya Baş naziri Kaya Kallas deyib.

“Beynəlxalq Cinayət Məhkəməsində Putinə qarşı bu maddə üzrə tədbirlər görmək mümkün deyil. Çünki Rusiya və Ukrayna Roma Statutunu ratifikasiya etməyiblər. Amma bununla yaxalarını qurtara bilməyəcəklər, hesab verəcəklər. Əgər dünyadakı təcavüzkarlar və ya potensial təcavüzkarlar belə hərəkətlərin heç bir nəticəsi olmadığını görsələr, bu, təkcə Avropanın deyil, bütün dünyanın təhlükəsizliyi üçün ciddi problem olacaq”, – Baş nazir qeyd edib.

Azpost.info

 

Əvvəlki məqalə

Yaddaşımızı saxlayan ilmələr

Sonrakı məqalə

Füzulidən Şuşaya gedən bu yol pullu olacaq