ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini diktator adlandırıb.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” yazır.
ABŞ lideri heç vaxt belə insanların tərəfini tutmayacağını bildirib.
“Mən Putin kimi diktatorların tərəfini tutmayacağam”, – Bayden deyib.
Co Bayden Çin sədri Si Cinpini də diktator adlandırmışdı. Bir ay sonra o, çinli həmkarına Çinin Qərb investisiyalarından asılılığı barədə xəbərdarlıq etdi. Buna səbəb Cinpinin bu ilin martında Rusiya prezidenti Vladimir Putinlə görüşü olub.
Bayden qeyd edib ki, xüsusi hərbi əməliyyat başlayandan sonra 600-ə yaxın ABŞ korporasiyası Rusiya bazarını tərk edib və Çin iqtisadiyyatı bu gün Rusiya iqtisadiyyatından daha çox Qərbdən asılıdır.
Azpost.info