Putin Donbasla bağlı ölkə vətəndaşlarına müraciət etdi- VİDEO

Rusiya prezidenti Vladimir Putin rusiyalıları Donbasın azad edilməsinin 80 illiyi münasibətilə təbrik edib.

Azpost.info xəbər verir ki, ölkə vətəndaşlarına videomüraciətində o qeyd edib ki, 1943-cü il sentyabrın 8-i bütün ölkə üçün əlamətdar tarixdir.

“Ölkəmizin tarixində mühüm, əlamətdar bir tarixdir. 80 il əvvəl bu gün əfsanəvi Donbas azad edilərək nasist işğalçılarından təmizləndi. Rusiyanın çoxəsrlik qalası, fəhlələr, döyüşçülər diyarı, zəngin və səxavətli region…”, – Putin deyib.

O əlavə edib ki, Donbas öz resurslarına görə düşmən üçün çox böyük əhəmiyyət kəsb edirdi və onların ələ keçirilməsi Almaniyanın SSRİ-yə hücumunda əsas məqsədlərindən biri idi: “Bölgə sakinləri 700 gün ərzində nasist birləşmələrinə qarşı vuruşmuşdular”.

Azpost.info

Əvvəlki məqalə

Naxçıvan şəhər icra başçısının müavini işdən azad edilib

Sonrakı məqalə

İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilir