Putin dron insidenti ilə bağlı Təhlükəsizlik Şurasını toplayacaqmı?- AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin Kremlə dron hücumu ilə bağlı Təhlükəsizlik Şurasınının fövqəladə iclasını çağırmayacaq.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bugünkü brifinqdə bildirib.

Onun sözlərinə görə, Putinin insidentlə bağlı vətəndaşlara xüsusi müraciəti də olmayacaq.

Peskov hadisədən sonra Putinin əhval-ruhiyyəsinin sabit olduğunu da bildirib: “Bilirsiniz ki, prezident çətin, ekstremal situasiyalarda verdiyi qiymət və tapşırıqlarda həmişə sakitliyini, soyuqqanlılığını qoruyur. İndi də sakit və təmkinlidir. Bununla bağlı yeni heç nə baş verməyib”, – Peskov bildirib.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Zəngilanın Cahangirbəyli kəndinin təməlini qoyub

Sonrakı məqalə

“Təhlükəsizlik sistemi gücləndiriləcək, Qələbə paradı təxirə salınmayacaq”