Putin gələn həftə Minskə gedəcək- Lukaşenko ilə nələri müzakirə edəcək?

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko dekabrın 19-da Minskdə danışıqlar aparacaqlar.

Azpost.info xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, danışıqlar geniş tərkibdə söhbətlə başlayacaq və Belarus prezidenti, iki ölkənin hökumət üzvləri, nazirlik və idarə rəhbərlərinin iştirakı ilə keçiriləcək. Bu formatda tərəflər Rusiya ilə Belarus arasında inteqrasiyanın ən aktual məsələlərinin bütün spektrini ətraflı müzakirə edəcəklər.

Bundan sonra Putin və Lukaşenko təkbətək formatda danışıqları davam etdirəcək, yekunda isə bəyanatlar verib jurnalistlərin suallarını cavablandıracaqlar.

Planlaşdırıldığı kimi, prezidentlər əvvəllər qəbul edilmiş birlik proqramlarının, o cümlədən idxalı əvəz edən layihələrin icrasını ətraflı müzakirə edəcəklər.

“Danışıqların gündəmindəki mühüm mövzu enerji sektorunda əməkdaşlıq olacaq. Prezidentlər həmçinin təhlükəsizlik məsələlərinə üstünlük verəcək, regionda və dünyada vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, yaranan çağırışlara cavab vermək üçün birgə tədbirləri müzakirə edəcəklər”, – məlumatda bildirilir.

Azpost.info

 

Əvvəlki məqalə

Xankəndinə qaz verilişi bərpa olunub

Sonrakı məqalə

“Rusiyada sosial ədalət yoxdur”