“Putin G20 sammitinə getməyəcək, onu Lavrov əvəz edəcək”- “Vedomosti”

“Rusiya prezidenti Vladimir Putin çox güman ki, G20 sammitinə səfərini ləğv edəcək”.

Azpost.info xəbər verir ki, bu barədə “Vedomosti” mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, sammitdə dövlət başçısını xarici işlər naziri Sergey Lavrov əvəz edə bilər.

Mənbə bildirib ki, hazırda prezidentin sammitə səfərinə fəal hazırlıq getmir.

Qeyd edək ki, Putin rəsmi dəvət alandan sonra sammitə gedəcəyini istisna etməyib. Lakin o, bununla bağlı planları barədə dəqiq açıqlama verməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dünən bildirib ki, Putin sammitə gedib-getməməklə bağlı qərarını həftə sonuna kimi açıqlayacaq.

Azpost.info

 

Əvvəlki məqalə

İsrail səfirliyi Azərbaycanı təbrik etdi

Sonrakı məqalə

Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır