Putin G20 sammitinə qatılacaq?- Peskovdan AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putinin G20 sammitində iştirak etmək üçün Bali adasına gedib-getməyəcəyi həftənin sonuna qədər məlum olacaq.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Noyabrın 3-də Ukrayna prezidenti Vladimir Zelenski İndoneziya prezidenti Coko Vidodo ilə sammitə hazırlıq məsələlərini müzakirə edib. Zelenski deyib ki, əgər Putin iştirak edərsə, G20 sammitinə getməyəcək.

G20 – iqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan ən böyük ölkələri, o cümlədən ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, Kanada, Çin, Rusiyanı birləşdirən təşkilatdır. Ukrayna G20-yə daxil deyil.

Azpost.info

Əvvəlki məqalə

Kişinyovla Kiyev arasında dəmir yolu əlaqəsi 24 ildən sonra bərpa olunub

Sonrakı məqalə

“Avropa ABŞ-a görə Ukraynadakı münaqişəni dayandıra bilmir”