“Rusiya prezidenti Vladimir Putin aprelin 26-da axşam saatlarında Kremlə gəlib və orada gecələyib. Çünki cümə axşamı səhərə görüşləri planlaşdırılmışdı”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentin sözçüsü Dmitri Peskov bildirib.
“Həqiqətən də Putin Kremlə gəldi. Putinin Kremldə mənzili var. O, dünən Oqaryovoda işləyib bütün işləri başa vurub. Çünki bu gün o, Kremldəki görüşlərinə kifayət qədər tez başlayıb. Bu, adi bir təcrübədir, çox tez-tez olur”, – Peskov qeyd edib.
Putinin kortejinin gecə gec saatlarında Kremlə getməsinin görüntüləri bir gün əvvəl internetdə yayılıb.
Azpost.info