Putin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etdi

Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib.

Azpost.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin 2023-cü il mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb.

2022-ci il sentyabrın 1-də hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirmişdi ki, ölkə hökuməti Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etmək niyyətində deyil. O, rusların ölkə üçün heç bir risk daşımadığını vurğulayaraq radikal müxalifətin viza tətbiq etmək tələblərini spekulyasiya adlandırmışdı.

Kobaxidzenin sözlərinə görə, ölkə hakimiyyəti Rusiya vətəndaşlarının Gürcüstanda qalması ilə bağlı hər hansı riskin aradan qaldırılmasında maraqlıdır və hər şey müvafiq idarələrin nəzarəti altındadır.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycan danışıqlar prosesinin və normallaşmanın tərəfdarıdır

Sonrakı məqalə

Lukaşenkonun səhhətində problem yaranıb?