Rusiya prezidenti Vladimir Putin İctimai Palatanın yeni tərkibinə 40 rusiyalının namizədliyini irəli sürüb.
Azpost.info xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
Namizədlərin ən azı yarısı peşəkar və yaradıcı birlikləri təmsil edir.
Məlumata görə, Putin sosial qrupların maraqlarını qorumaq üçün yaradılmış qeyri-kommersiya təşkilatlarından da namizədlər irəli sürüb.
“Prezident dövlət və cəmiyyət qarşısında xüsusi xidmətləri olan 40 Rusiya vətəndaşının namizədliyini irəli sürüb və onlara Rusiya İctimai Palatasına üzv olmaq təklifi göndərib”, – məlumatda deyilir.
Azpost.info