“Putin indi də qışdan silah kimi istifadə edir” - BORREL

“Putin indi də qışdan silah kimi istifadə edir”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrel bildirib.

“Yemək və aclıqdan sonra Putin indi də milyonlarla ukraynalını qəsdən su, işıq və istilikdən məhrum etməklə qışdan silah kimi istifadə edir. Avropa İttifaqı buna və müharibə cinayətlərinə sanksiyalarla cavab verir. Biz iqtisadiyyata və bu amansız müharibədə mühüm rol oynayanlara hücum etməyə davam edəcəyik”, – Borrel Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin tətbiqini şərh edərkən bildirib.

Azpost.info

Əvvəlki məqalə

MEDİA “Yeni media mühiti və rəqəmsal kommunikasiya” mövzusunda seminar keçirib

Sonrakı məqalə

Növbəti humanitar maşın karvanı Laçın yolundan keçib –