“Putin İrəvanda Paşinyanla ayrıca görüş keçirəcək”- PESKOV

Rusiya prezidenti Vladimir Putin İrəvana səfəri çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla ayrıca görüş keçirəcək.

Azpost.info xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bəli, bu, əlbəttə ki, planlaşdırılır”, – Peskov Rusiya və Ermənistan liderlərinin İrəvanda ayrıca görüşünün nəzərdə tutulub-tutulmaması ilə bağlı sualı cavablandırarkən deyib.

Rusiya prezidenti İrəvana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak etmək üçün  səfər edəcək. Noyabrın 23-də Nikol Paşinyanın sədrliyi ilə İrəvanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçiriləcək. Tədbirdə Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının prezidenti Sadır Japarov, Rusiya prezidenti Vladimir Putin və Tacikistanın dövət başçısı Emomali Rahmonun iştirakı gözlənilir.

Sammitdə KTMT-nin böhrana cavab sisteminin təkmilləşdirilməsi və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər müzakirə olunacaq.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Siyasi partiyalar ictimai-siyasi nəşrlərin hazırlanması və satışı ilə məşğul ola biləcək