Rusiya prezidenti Vladimir Putin Rəşid Nurqaliyevi Rusiya Təhlükəsizlik Şurası katibinin birinci müavini təyin edib.
Azpost.info xəbər verir ki, Putin bununla bağlı Sərəncam imzalayıb.
2004-2012-ci illərdə Nurqaliyev Rusiyanın daxili işlər naziri vəzifəsində çalışıb. Ondan sonra bu vəzifəni Vladimir Kolokoltsev icra edib.
2012-ci ildən Rusiya Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsində çalışan Nurqaliyev Aİ ölkələri, Britaniya, ABŞ və bir sıra digər ölkələrin sanksiyalarına məruz qalıb.
Azpost.info