Putin keçmiş daxili işlər nazirini Patruşevə birinci müavin təyin etdi- FOTO

Rusiya prezidenti Vladimir Putin Rəşid Nurqaliyevi Rusiya Təhlükəsizlik Şurası katibinin birinci müavini təyin edib.

Azpost.info xəbər verir ki, Putin bununla bağlı Sərəncam imzalayıb.

2004-2012-ci illərdə Nurqaliyev Rusiyanın daxili işlər naziri vəzifəsində çalışıb. Ondan sonra bu vəzifəni Vladimir Kolokoltsev icra edib.

2012-ci ildən Rusiya Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsində çalışan Nurqaliyev Aİ ölkələri, Britaniya, ABŞ və bir sıra digər ölkələrin sanksiyalarına məruz qalıb.

Azpost.info

Əvvəlki məqalə

Türkiyə parlamenti fəaliyyətini dayandırdı

Sonrakı məqalə

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə