Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Amur vilayətindəki Vostoçnıy kosmodromunda görüşüblər.
Azpost.info bildirir ki, KXDR lideri dəvətə və səmimi qəbula görə Rusiya dövlət başçısına təşəkkür edib.
O, “Vostoçnı” kosmodromunda Putinlə görüşü zamanı deyib: “Bizi dəvət etdiyinizə və gərgin iş qrafikinizə baxmayaraq səmimi qəbul etdiyinizə görə təşəkkür edirik”.
Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inla yenidən görüşməkdən çox şad olduğunu deyib:
“Sizi görməyimə çox şadam, xüsusən belə əlamətdar tədbirlər olub: Respublikanın yaradılmasının 75 illiyi, Böyük Qurtuluş Müharibəsində Qələbənin 70 illiyi, diplomatik münasibətlərin qurulmasının 75 illiyi”-Rusiya prezidenti KXDR liderinə müraciət edib.
Bundan sonra Putin və Kim Çen In arasında həm nümayəndə heyətlərinin iştirakı ilə, həm də üzbəüz danışıqlar aparılacaq. İkitərəfli əməkdaşlıq məsələləri, o cümlədən ticarət-iqtisadi əlaqələr və mədəni mübadilələr müzakirə olunacaq, həmçinin regiondakı vəziyyət və ümumilikdə beynəlxalq məsələlərlə bağlı zəngin fikir mübadiləsi aparılacaq.
Azpost.info