Putin Kremldə kadr dəyişikliyi etdi- İki idarəni birləşdirdi

Rusiya prezidenti Vladimir Putin Kremlin kadrlar və korrupsiya ilə mübarizə idarələrini birləşdirib.

Azpost.info xəbər verir ki, Putinin sərəncamı Maksim Travnikov vahid struktura rəhbər təyin edilib.

Sərəncamın mətnində deyilir ki, Maksim Aleksandroviç Travnikov Rusiya Prezidentinin Dövlət Qulluğu, Kadrlar və Korrupsiyaya Qarşı Mübarizə Departamentinin rəhbəri təyin edilərək tutduğu vəzifədən azad edilsin.

Bundan əvvəl Travnikov dövlət qulluğu və kadrlar şöbəsinə rəhbərlik edib.

Putin digər sərəncamla Andrey Çobotovu Kremlin korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbəri vəzifəsindən azad edib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanın pambıq ixracından gəliri nə üçün 55 faiz azalıb?

Sonrakı məqalə

İtkin düşmüş şəxslərin ailə üzvlərindən 10 min 805 bioloji nümunə toplanıb