Avstraliya rusiyalı oliqarxlar Viktor Vekselberq və Oleq Deripaskaya, Yeni Zelandiya isə Rusiya prezidenti Vladimir Putinə və bir sıra Rusiya rəsmilərinə sanksiya tətbiq edib.
Azpost.info xəbər verir ki, bu barədə CNN Avstraliyanın xarici işlər naziri Maris Peynə istinadən məlumat yayıb. Avstraliyanın sanksiyalar siyahısına 11 Rusiya bankı və dövlət qurumu, həmçinin Rusiya Maliyyə Nazirliyi və Milli Rifah Fondu daxildir. “Avstraliya indi Rusiyanın suveren borcunun verilməsinə və idarə olunmasına cavabdeh olan bütün Rusiya dövlət qurumlarını hədəfə alır. Rusiyanın bank aktivlərinin əksəriyyəti Rusiyanın suveren borcunu idarə edən bütün qurumlarla birlikdə indi bizim sanksiyalarımıza məruz qalır”, – Peyn bildirib.
Yeni Zelandiya Putinlə yanaşı, xarici işlər naziri Sergey Lavrova, keçmiş prezident Dmitri Medvedevə və Rusiyanın müdafiə naziri Sergey Şoyquya qarşı sanksiyalar tətbiq edib. Həmçinin sanksiya siyahısına 19 təşkilat, o cümlədən “Kazak Milli Qvardiyası” qeyri-qanuni silahlı birləşmə daxil edilib.
Azpost.info