Rusiya prezidenti Vladimir Putin Amur vilayətinə səfər edib.
Azpost.info xəbər verir ki, o, vilayətin Blaqoveşensk şəhərində belaruslu həmkarı Aleksandr Lukaşenko ilə birlikdə “Vostoçnıy” kosmodromunu ziyarət edəcək.
Liderlər kosmodromun tikintisinin necə getdiyini qiymətləndirəcəklər. Kosmonavtların mükafatlandırılması da planlaşdırılır. Daha sonra Putin və Lukaşenko arasında ikitərəfli görüş baş tutacaq.
Görüşdə qarşılıqlı əməkdaşlığın inkişafı müzakirə ediləcək. Görüşün yekunları üzrə birgə mətbuat konfransı da gözlənilir.
Azpost.info