Britaniyanın XİN rəhbəri Liz Trass Rusiyanın Ukraynaya qarşı müharibəsinin 3-cü ayının başlanması ilə bağlı bəyanat verib.
Azpost.info bildirir ki, Trass bu barədə Tvitterdə yazıb.
“Biz Putinin Ukraynaya qarşı qanunsuz müharibəsinin 3-cü ayına daxil oluruq. Rusiya Odessanın günahsız dinc sakinlərinə və uşaqlara hucum etməklə, Mariupolu mühasirədə saxlamaqla dəhşətli bəd əməllərə yol verib. Biz Putin məğlub olmayınca, Ukryana qalib gəlməyincə sakitləşməyəcyik”-deyə XİN başçısı yazıb.