“Putin məni dinləməyə bilər, amma Qərbi eşitməyə bilməz” –ZELENSKİ

“Qərb ölkələri Ukraynada müharibənin qarşısını almadılar. Çünki birləşmirdilər və öz dövlətlərinin vəziyyətini düşünürdülər”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski CBS telekanalına müsahibəsində deyib. “Qərb bunun qarşısını ala bilərdimi? Çox böyük ehtimalla, bəli. Putin məni eşitməyə bilər, amma ABŞ-ı, Britaniyanı və ya Qərb dünyasını eşitməyə bilməz. Qərb birləşməmişdi. Onlar prinsipial insanlardır, ümumi dəyərləri qoruyurlar. Amma ilk növbədə öz dövlətlərinin daxilində siyasi vəziyyəti nəzərə alırlar. Yalnız bundan sonra kənarda baş verənləri düşünürlər. Ukrayna müharibəsi eyni zamanda Qərbi də birləşdirdi”, – Zelenski bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya Bakı və İrəvanın razılaşmasına imkan verməyəcək” –

Sonrakı məqalə

Rusiya yaxın günlərdə defolt elan edə bilər –