“Putin NATO-nun “qapısını örtmək” istədi, daha çox NATO ilə qarşılaşdı”- STOLTENBERQ

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto NATO-ya üzvlüklə bağlı sənədi ABŞ-a təhvil verib.

Azpost.info xəbər verir ki, yeni üzvlərin qəbulu ilə bağlı sənədlər ABŞ-da saxlandığından ölkənin Alyansa daxil olması üçün rəsmi prosedur başa çatıb.

Mərasim NATO-nun saytında yayımlanıb.

“Bu sənədin alınması ilə biz Finlandiyanı Şimali Atlantika Müqaviləsinin 31-ci üzvü elan edə bilərik”, – ABŞ dövlət katibi Entoni Blinken bildirib.

NATO Baş katibi Yens Stoltenberq Finlandiyanın üzvlüyünün şərəfinə etdiyi çıxışda Rusiya prezidenti Vladimir Putinin NATO-nun “qapısını örtmək” istədiyini, lakin daha çox NATO ilə qarşılaşdığını deyib.

Finlandiya Müdafiə Nazirliyinin binası yaxınlığında Alyansın bayrağı qaldırılıb.

Azpost.info

Əvvəlki məqalə

Kənd təsərrüfatı naziri vəzifəsinin icrası Sarvan Cəfərova həvalə edildi

Sonrakı məqalə

Ali Məhkəmənin sədri təyin edilən İnam Kərimov kimdir? –