“Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına cavabdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“NATO Rusiya sərhədinə doğru genişlənir. Bu, bizə problem və təhlükəsizliyimiz üçün narahatlıq yaradır. Təbii ki, NATO sərhədlərimizə hər yaxınlaşanda təhlükəsizlik arxitekturasını yenidən balanslaşdırmaq üçün tədbirlər görürük”, – Peskov qeyd edib.
Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə nüvə silahlarının Belarusa qaytarılması ilə bağlı danışıqları məqsədyönlü şəkildə artırdığını bildirib. Onun sözlərinə görə, silahlar sanksiyaların olmaması zəmanəti ilə ölkədən çıxarılıb, lakin indi hər şey tapdalanır və pozulur.
Lukaşenko əlavə edib ki, o, kimisə qorxutmaq və ya şantaj etmək niyyətində deyil. Sadəcə olaraq Belarusun təhlükəsizliyini təmin etmək istəyir.
Azpost.info