Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
APA-nın Moskva müxbirinin məlumatına görə, telefon danışığı zamanı Putin və Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə hazırlığı müzakirə ediblər.
Qeyd edək ki, KTMT-nin sammiti noyabrın 23-də İrəvanda keçiriləcək.