Rusiya Prezidenti Vladimir Putin Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd olunub ki, Putin Yevgeni Priqojin haqqında ayrıca danışıb.
“Priqojin çətin taleyi olan bir insan idi və həyatda ciddi səhvlərə yol verdi. O, istedadlı insan, iş adamı idi”, – deyə Vladimir Putin bildirib.
“Priqojini çoxdan, 90-cı illərin əvvəllərindən tanıyırdım. O, çətin taleyi və həyatda ciddi səhvlər olan birisi idi. Özü üçün, eyni zamanda son aylarda mən xahiş edəndə cəmiyyət üçün də lazımi nəticələr əldə edirdi. İstedadlı insan, istedadlı iş adamı idi. Təkcə ölkəmizdə deyil, xaricdə, xüsusən Afrikada işləyirdi”, – deyə Kreml rəhbəri bildirib.
Rusiya lideri əlavə edib ki, təhqiqat komitəsinin rəhbəri təyyarə qəzası ilə bağlı araşdırmaya başlayıb.