Prezident Putin Rusiyanın rəqiblərini neomüstəmləkə ideyalarına görə “axmaq” adlandırıb.
Azpost.info bildirir ki, prezident bu barədə millətlərarası münasibətlər üzrə Şuranın iclasında çıxışı zamanı deyib.
“Bizim neomüstəmləkə təfəkkürü daşıyan rəqiblərimiz axmaqlardır. Onlar başa düşmürlər ki, məhz bizim belə rəngarəng müxtəlifliyimiz bizi güclü edir. Onlar nahaq yerə əlləşdirlər”.
Putinin sözlərinə görə, Rusiyanı onlarla xırda dövlətlərə bölmək çağırışı məkrli maraqlarla bağlıdır. Prezident bildirib ki, rəqiblər ölkə ərazilərini öz iradəsinə tabe etmək istəyirlər. Bundan savayı məqsədləri yoxdur: “Bu axmaqlar səfehlər üçün keçirlən yarşıda ikinci yeri tutardılar. Niyə ikinci? Çünki axmaqdırlar”.
Putin deyib ki, hazırda cəmiyyətin konsolidasiyası gedir.