“Putin qalib gəlsə, dünyada özbaşınalıq başlanacaq” –Almaniya kansleri

“Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə qalib gəlməməlidir”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Putin bu təcavüzkar müharibəsində qalib gəlməməlidir. Və o, qalib olmayacaq. Əgər Putin bundan yaxa qurtasa, beynəlxalq özbaşınalıq riski yaranacaq. Bu səbəbdən Rusiya qalib gəlməməlidir”, – kansler deyib.

Şolts Ukraynadakı müharibəni fəlakət adlandırıb: “Rusiyanın Ukraynaya təcavüzü zəmanəmizin ən böyük fəlakətidir. Bu aqressiv və məhvedici müharibədən sonra dünya artıq əvvəlki kimi olmayacaq”.

Kansler deyib ki, imperialist və revanşist ideologiya Rusiya prezidenti üçün öz xalqının rifahından daha üstündür.

Azpost.info

Əvvəlki məqalə

Maqsud Mahmudov 14 il azadlıqdan məhrum edildi –

Sonrakı məqalə

“Rusiya bura həmişəlik gəlib” –