Rusiya prezidenti Vladimir Putin Rusiyanın Təhsil və Elm Nazirliyinə universitet proqramlarına rus dinlərinin tarixi kursunun daxil edilməsini nəzərdən keçirməyi tapşırıb.
Azpost.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
“Rusiya Təhsil və Elm Nazirliyinə “Rusiyada dinlərin tarixi” təlim kursunun hazırlanması və ali təhsil proqramlarına tətbiqi məsələsini nəzərdən keçirmək tapşırılıb”, – məlumatda deyilir.
Bu qərar 2022-ci il noyabrın 4-də Rusiyada tarixçilər və ənənəvi dinlərin nümayəndələri ilə keçirilən görüşdən sonra qəbul edilib. Müvafiq hesabat 15 mart 2023-cü il tarixinədək təqdim edilməlidir.
Prezident həmçinin Rusiya hökumətinə rus tarixinin və folklorunun qəhrəmanlarının populyarlaşdırılması üçün tədbirlər görməyi tapşırıb. Bu qəhrəmanların təsvirləri olan əyani, çap, suvenir və digər məhsulların və malların istehsalı bu tədbirlərin bir hissəsi olmalıdır.
Azpost.info