Putin Rusiyadakı “Volvo” zavodunu Lukaşenkoya bağışlayır

Belarus prezidenti Aleksandr Lukaşenko Kaluqa vilayətində yerləşən keçmiş “Volvo” yük maşınları zavoduna baxış keçirib.

Azpost.info xəbər verir ki, ölkənin Rusiyadakı səfiri Dmitri Krutoyun sözlərinə görə, müəssisənin Belarus avtomobil sənayesinin ehtiyaclarına verilməsinin mümkünlüyü dövlət başçısı ilə vilayətin qubernatoru Vladislav Şapşa arasında müzakirə olunub.

“Biz orada MAZ yük avtomobillərinin, sərnişin avtobuslarının və ya elektromobilləri rahatlıqla yerləşdirə bilərik. Hazırda danışıqlar gedir. Ruslar münasibətlərimizin dərəcəsini və statusunu nəzərə alaraq, bu sahələri bizə pulsuz verməyə hazırdırlar”, – səfir bildirib.

İsveçin avtomobil konserni “Volvo Group” 2022-ci ilin fevralında Ukraynadakı müharibə səbəbindən Rusiyadakı fəaliyyətini dayandırdı və  törəmə müəssisəsini bağladı.

Azpost.info

Əvvəlki məqalə

Əlahiddə Ümumqoşun Ordusu döyüş təyinatlı rayonlara çıxarılıb –

Sonrakı məqalə

Polis Jurnalistlərin binası ətrafındakı vəziyyətlə bağlı araşdırma aparır