Rusiya prezidenti Vladimir Putin ölkə vətəndaşlarının xaricə axınının azaldılmasını təmin edən tədbirlər haqqında fərman imzalayıb.
Azpost.info xəbər verir ki, fərmana əsasən, hakimiyyət insanlar üçün cəlbedici olacaq və ölkədən gedənlərin sayını azaldacaq sosial, maliyyə və digər mexanizmlər hazırlamalıdır.
“2022-ci ildə dəyişmiş sosial-iqtisadi şəraitin təsiri altında Rusiya əhalisinin xaricə miqrasiya axını artdı. Bununla əlaqədar, insan kapitalının qorunması, Rusiya əhalisinin xaricə axınının azaldılması üçün cəlbedici maliyyə, sosial və digər mexanizmlərin yaradılması üçün əlavə tədbirlər tələb olunur”, – sənəddə deyilir.
Azpost.info