Rusiya prezidenti Putin bir sıra xammal və məhsulların ixracını qadağan edən fərman imzalayıb.
Azpost.info bildirir ki, fərmana əsasən iki gün müddətində məhsul və xammalın idxalına və ixracına qoyulan qadağanın təsirinə məruz qalacaq ölkələrin müəyyən olunması tapşırılıb.
Bu ölkələrin siyahısını hökümət müəyyən edəcək.
Qadağa Rusiya və digər ölkələrin vətəndaşlarının şəxsi ehtiyaclar üçün olan mallarına aid olunmayacaq.