Putin Soçi görüşündən sonra Təhlükəsizlik Şurasının müşavirəsini keçirib

26 Noyabr 2021 - 22:38

Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşdən sonra videokonfrans formatında Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsini keçirib.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə,
müşavirədə Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla keçirdiyi ikitərəfli və üçtərəfli görüşlər barədə danışıb.