“Putin Tiflisə ordu yeritməyə hazırlaşır” –SAAKAŞVİLİDƏN ŞOK AÇIQLAMA

Putin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmək qərarı ilə Tbilisiyə ordu yeritmək üçün zəmin hazırlayır.

Azpost.info bildirir ki, bu barədə həbsdə olan sabiq prezident Mixeil Saakaşvili sosial şəbəkədə müraciətində bildirib.

“Gürcüstanda Putini heç kəs mənim kimi yaxşı tanımır. Özünün dünənki gedişi ilə o, gürcülərin rəğbətini qazanamağa deyil, Tiflisə ordu yeritmək üçün zəmin hazırlayır”-deyə Saakaşvili vurğulayıb.

Sabiq prezident Putinin indiyə qədər 2008-ci ildə bunu edə bilmədiyini ona və gürcü xalqına bağışlamadığını bildirib: “O Gürcüstanın Avropa İtitfaqına namizədlik qərarını gözləməyəcək, buna qədər daha cəld hərəkət edəcək. Odur ki, cəmiyyətin həmrəyliyi heç vaxt olmadığı qədər vacibdir. Qoy Putin görsün ki, onu irəlidə asan yollar gözləmir”.

Saakaşvili öz sağlamlığı barədə də yazıb. Onun sözlərinə görə, gündəlik qan plazaması vurulmalıdır. Çünki qan analizlərində ciddi problemlər var.

Sabiq prezident deyib ki, onun vəkillərinə tibbi sənədləri almaqda mane olurlar: “Bizi ləngidirlər ki, sənədləri vaxtında Strasburqa çatdıra bilməyək. Həmin məqsədlə Avropa İttifaqından olan həkimləri məni müayinə etməsinə imkan verimirlər”.

 

Əvvəlki məqalə

Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkar olunub

Sonrakı məqalə

Şuşada ilk – “Natəvan” operası təqdim edilib