Putin Türkiyəyə möhlət verdi- Anakara 2024-ə qədər qaz üçün pul ödəməyəcək

“Qazprom”un əsas müştərilərindən olan Türkiyə Kremldən qaz güzəştləri almağa nail oldu.

Azpost.info xəbər verir ki, “Qazprom”la Türkiyəyə qaz ödənişlərinin bir hissəsini həyata keçirməməyə, onları daha sonrakı müddətə təxirə salmağa imkan verəcək razılaşma əldə olunub.

“Ötən il qazın qiymətində kəskin artımdan sonra biz “Qazprom”la ödənişlərin bir hissəsinin təxirə salınması ilə bağlı danışıqlar apardıq, razılıq əldə olundu. Güzəştlər Türkiyənin Maliyyə Nazirliyi və Xəzinədarlığı ilə razılaşdırılan “ödəniş dövrü”nə aid edəilcək”, – Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Nazir “möhlət” dövründə ödənilməyəcək vəsaitin həcmini açıqlamayıb. Bunun 20 milyard dollar olduğu ilə bağlı məlumatları isə “yalan” adlandırıb.

“Bloomberg”in məlumatına görə, söhbət 2024-cü ilə qədər təxirə salınmadan gedir. Ötən ilin avqustunda Soçidə keçirilən görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putindən qaz güzəştləri istəyib. Rusiya Baş nazirinin müavini Aleksandr Novak da zirvə görüşündən sonra Türkiyəyə ödənişlərin qismən rublla köçürülməsi barədə razılığın əldə edildiyini açıqlayıb. Lakin Ərdoğan daha çoxunu istəyib və sentyabrda ŞƏT-in Səmərqənd sammitində “Qazprom”dan 25 faizlik endirim xahiş edib.

Bunu əvəzində Putin Ərdoğana Türkiyədə Avropaya tədarük üçün partlayışlar nəticəsində dağılmış “Şimal axını” boru kəməri sistemini əvəz edəcək qaz qovşağı yaratmağı təklif edib. Mart ayında Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan qaz qovşağı ilə bağlı danışıqların dayandırıldığını açıqlayıb.

“İndi onu tikməyə pulumuz yoxdur. Əgər Rusiyanın pulu varsa, buyurub başlayın. Hər şey sərmayələrdən asılıdır”, – Erhan bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Biz regionda baş verən proseslərə göz yuma bilmərik”

Sonrakı məqalə

Sabah hava necə olacaq?