Rusiya Prezidenti Vladimir Putin dekabrın 16-da xüsusi hərbi əməliyyat zonasına səfər edib.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Qeyd edək ki, bundan əvvəl Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev teleqram kanalında Putinin xüsusi əməliyyat zonasına səfər etdiyini bildirib.
Putin xüsusi hərbi əməliyyatda iştirak edən qoşunların Birləşmiş Qərargahına baş çəkib, qərargahın işi ilə tanış olub, komandirlərlə ayrı-ayrılıqda görüşlər keçirib, onların məruzələrini dinləyib.