Putin Ukraynada döyüşən və həlak olanların ailələri ilə bağlı sərəncam verdi

Rusiya prezidenti Vladimir Putin “Hərbi qulluqçuların və bəzi federal dövlət orqanlarının əməkdaşlarının ailələrinə dəstək üzrə əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Azpost.info xəbər verir ki, sənəd Kremlin rəsmi saytında dərc olunub. Rusiya prezidenti hökumətə xüsusi hərbi əməliyyatda iştirak edənlərin, o cümlədən həlak olanların övladlarının qəbulu üçün ali təhsil proqramları üzrə xüsusi qəbul kvotalarının müəyyən edilməsini təmin etməyi tapşırıb. Sərəncamda həlak olmuş, xəsarət almış və ya xəstəlik tapmış hərbi qulluqçuların övladlarının “Suvorov hərbi məktəbi”, “Naximov hərbi dəniz məktəbi” kimi müəssisələrə imtahansız qəbulu da nəzərdə tutulur.

Azpost.info

Əvvəlki məqalə

Sumqayıtda arvadını öldürən, qaynanasını yaralayan ər tutuldu –

Sonrakı məqalə

Mehriban Əliyeva Qələbə Günü bağlı paylaşım edib