Prezident Putin Ukraynadakı müharibədə iştirak etmək üçün Şimali Koreyadan könüllüləri götürməsi ilə bağlı deyilənləri cəfəngiyyat adlandırıb.
Azpost.info bildirir ki, Putin bu barədə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, bu səhərə olan məlumata görə artıq 300 min könüllü Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.
“Səhər xəbər verdilər. Rusiyanın mənafeyini qorumaq üçün canlarını qurban verməyə hazır olan insanlar tərəfindən 300 min imzalanıb”, – deyə Vladimir Putin bildirib.
O vurğuladı ki, hökumət hərbi əməliyyat iştirakçılarına ölkədə olduğundan daha yüksək pul ödəyir. Lakin müqavilə bağlayanlar ilk növbədə “vətənpərvərlik mülahizələrini” rəhbər tuturlar.
“Onlar Rusiyanın maraqlarını müdafiə edərək vətənlərinin maraqları naminə canlarını verməyə hazırdırlar”, – deyə prezident əlavə edib.
Könüllülərin sayı ilə bağlı ona verilən məlumatlara toxunan Vladimir Putin deyib ki, “kənardan insanları” döyüşlərdə iştiraka dəvət etməyə ehtiyac yoxdur. Prezidentin sözlərinə görə, formalaşan bölmələr müasir silah və texnika ilə təmin olunub, onların bəziləri artıq 85-90 faiz təchiz olunub.
Azpost.info