Putin Ukraynanın separatçı əraziləri üzrə yeni kurator təyin edib –Luqansk Rusiyaya birləşdirilir?

Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko Dmitri Kozakın əvəzinə separatçı “LXR” və “DNR” ilə əlaqələrin kuratoru təyin olunub.

Azpost.info xəbər verir ki, bu barədə RBC-ya Kremlə yaxın beş mənbə məlumat verib.

Mənbələrdən biri deyib ki, kuratorun dəyişdirilməsinin iki səbəbi ola bilər. Bu, ya “respublikalarla” qarşılıqlı əlaqənin xüsusi prosedurundan və vahid daxili siyasi məkanın yaradılmasından, ya da respublikaların mümkün daxil olması ssenarisinin nəzərdən keçirilməsindən xəbər verir. Digər mənbə isə bildirib ki, kurasiyanın təşkili dəyişib.

Çünki Kozak Minsk razılaşmalarının icrasına dair danışıqlara cavabdeh idi. Bu razılaşmanın da sonunun necə olduğu bəllidir.

Ötən həftə məlum olub ki, Kiriyenko Donetskə səfər edib. Orada “DXR” və “LXR” rəhbərləri ilə görüşüb. Bu barədə ilk xəbəri hərbi jurnalist Semyon Peqovun idarə etdiyi “WarGonzo” “Telegram” kanalı verib. Kanalın məlumatına görə, Kiriyenko Rusiya Prezident Administrasiyası daxili siyasət idarəsinin rəisi Andrey Yarin və Kremlin daxili siyasi blokunun əməkdaşlarının müşayiəti ilə Donbasa səfər edib.

Azpost.info

Əvvəlki məqalə

Rusiyada “Çto?” “Qde?”, “Koqda” komandasının məşhur üzvü Rövşən Əsgərova cinayət işi açılıb

Sonrakı məqalə

Kreml Putinin Ukrayna əraziləri üzrə kurator təyin etməsi xəbərinə şərh verməyib